Niyə ərazisi böyük olan Şəkidə məhsul Qaxdan daha azdır?

15 2017 11:30

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib. Dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlirləri 16,766 mlrd. manat, xərcləri 17,941 mlrd. manat məbləğində təsdiq edilib. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Nazirlər Kabinetinin iclasında irad bildirdiyi məsələlərdən biri kənd təsərrüfatı sahəsindəki çatışmazlıqlar barədə idi. Xüsusilə, böyük əkin sahələri olmasına baxmayaraq bəzi iri rayonların məhsuldarlığının az olması ilə bağlı. Mütəxəssislər bir-birinə yaxın olan ərazilərdə əldə edilən məhsulun miqdarındakı fərqi bir neçə səbəblə əlaqələndirir. Bura toxumun keyfiyyəti, zərərvericilərə qarşı aparılan mübarizə, aqrotexniki qulluğu misal göstərmək olar. Elə Qax Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumatda da bildirilir ki, bol məhsulun əsas səbəbi aqrotexniki qulluq olub. Şəkidə məhsulun az olma səbəbinə gəlincə isə burada əkin sahələri əsasən dəmyə olduğundan suvarma işi həyata keçirmək mümkün olmur. Bu isə öz növbəsində taxılın həm keyfiyyətinə, həm də kəmiyyətinə təsir edir. Amma suvarılan sahələrdə biçin hələlik davam edir. Ümumi nəticə isə biçin tam başa çatdıqdan sonra məlum olacaq. Məsələ ilə bağlı artıq kənd təsərrüfatı nazirliyi də araşdırmalara başlanılıb. Müvafiq tədbirlərin görülməsi planlaşdırılır. Nazirlik yaxın vaxtlarda aparılan araşdırmaların və görülən tədbirlərin nəticələri barədə məlumat verəcək.