Fermerlərin örüş sahələri əllərindən alınır...

15 2017 11:22

Şamaxıda torpaqların təyinatı üzrə istifadə edilməsi səbəbindən heyvandarlıqla məşğul olan fermerlərin müqavilələrinə vaxtından tez xitam verilib. Otlaq sahələri əllərindən alınan mal-qara sahibləri dağdan enəcək davarları harda saxlayacaqlarını bilmirlər. Şamaxının Çölgöylər kəndinində heyvandarlıqla məşğul olan 105 təsərüfat sahibi çıxılmaz vəziyyətdə qalıb. Fermerlərin sözlərinə görə qış otlaq sahələrindən istifadə üçün Rayon icra hakimiyyəti ilə müqavilə bağlasalar da, həmin müqavilələrə vaxtından əvvəl xitam verilib. Səbəb kimi isə həmin ərazidəki torpaqların təyinatının dəyişdirilməsi göstərilir. Yəni artıq həmin ərazilər maldarlıq yox, əkinçilik üçün istifadə olunacaq. Mal-qara sahiblərinin sözlərinə görə onlardan alınan torpaq müqabilində kompensasiya ya təklif olunmur, ya da dəyərindən çox aşağı hesablanır. Fermerlər torpaqların təyinatının dəyişdirilməsi və əkin üçün ayrılmasını təbii qəbul etsələr də, əkinçiliyin inkişafının maldarlığın ləğvi ilə nəticələnəcəyini deyirlər. Şamaxı Rayon Kənd təsərrüfatı idarəsinin rəhbəri Hafiz Əzizovun sözlərinə görə KTN-nin bu gün Şamaxıda keçirilən qəbulunda da sakinlər problemi səsləndirib. Yəqin ki, yaxın vaxtlarda məsələ öz həllini tapar.