Kənd Təsərrüfatı naziri Şamaxıda...

14 2017 18:27

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Şamaxıda olub. Nazir yeni istifadəyə verilən Kənd Təsərrüfatı binasını gəzərək Baytarlıq idarəsi, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabineti, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqları, bitkiçilik və heyvandarlıq sektorlarına baxış keçirib. Daha sonra nazir kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanış olub. Məlumat verilib ki, Qəbələ, Şamaxı, İsmayıllı, Qobustan mexanizatorlarının sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların qeydiyyata alınması elektron qaydada həyata keçirilir. Yaradılan Səyyar Xidmət Qruplar vasitəsilə də bu günə qədər 5000-ə yaxın mexanizatorların etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi dəyişdirilib. Nazir Heydər Əsədov “Aqrolizinq” Açıq Səhimdar Cəmiyyətindən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan 21 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 351 min 70 manat məbləğində 28 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 140 min 428 manat məbləğində güzəşt tətbiq edilib. Daha sonra Qobustan Bölgə Təcrübə Stansiyasında “yeni taxıl sortlarının üstünlüklərinin dəmyə şəraitdə nümayişi və toxumçuluğun elmi əsaslarla təşkili” mövzusunda səyyar elmi praktik seminar keçirilib. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, kənd təsərrüfatının inkişafı üçün əsas vəzifələrdən biri yeni davamlı və məhsuldar taxıl sortlarının yaradılması, eləcə də fermerlərin səmərəli becərmə aqrotexnikasından, gübrələmə sistemlərindən və bitki mühafizəsi tədbirlərindən istifadə etməsidir.