Şəkidə güləş yarışı keçirildi...

16 2017 18:24

Şəkinin Kiçik Dəhnə kəndində sərbəst güləş üzrə yarış keçirilib. 24-69 kq çəki dərəcəsində döşək üzərinə çıxan güləşçilər qüvvələrini sınayıblar. Yarış Azərbaycan himninin səslənməsi ilə start götürüb. Şəhər və kənd idmançıları arasında baş tutan yarışda qaliblər diplomla mükafatlandırılıb. Bu cür yarışların keçirilməsində əsas məqsədlərdən biri də kəndlərdə idmana olan marağı artırmaq və inkişafına nail olmaqdır.