Zaqatalada heyvanlar baytar müayinəsində...

16 2017 18:18

Dövlət Baytarlıq Nəzarəti Xidməti yaz-yay aylarının gəlişi ilə əlaqədar olaraq ölkədə mal-qara arasında müşahidə olunan yoluxucu xəstəliklərə və onların törədicilərinə qarşı mübarizə tədbirlərini gücləndirib. Tədbirlər planına uyğun olaraq Zaqatala rayonunda heyvanlarda müşahidə olunan bəzi xəstəliklərin qarşısı vaxtında alınıb. Hazırda Zaqatalanın kənd və qəsəbələrindəki 19 sahə baytar məntəqəsində vaksinlənmə işləri davam etdirilir. Rayonun sərhədyanı bölgədə yerləşdiyi nəzərə alınaraq, burada heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün profilaktik tədbirlərə ilin əvvəlindən başlanılıb. Peyvəndlənmə tədbirləri iri və xırdabuynuzlu heyvanlarla yanaşı, ev quşlarını, sahibsiz it və digər heyvanları da əhatə edir. İşlər bu ay yekunlaşdırılacaq. Ancaq sahə baytar həkimləri əhali arasında maarifləndirmə işlərini mütəmadi davam etdirəcəklər.