Dövlət Əmək Müfəttişliyi İsmayıllıda tədbir keçirdi...

16 2017 18:10


İsmayıllıda 13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tədbir keçirib. Tədbir müfəttişliyin iş planında nəzərdə tutulmuş tədbirlərin icrası, eləcə də qarşıda yerinə yetiriləcək işlərə həsr olunub. Bu il ərzində görülmüş işlərdən, müfəttişliyə daxil olmuş sorğu və müraciətlərin, şikayət ərizələrinin araşdırılaraq cavablandırılmasından, icra zamanı yol verilmiş nöqsanlardan danışılıb, hər bir əməkdaşa müvafiq tapşırıqlar verib. Əməkdaşlar iş prossesində rastlaşdıqları problemlər barədə məlumat veriblər. Belə tədbirlərin Şamaxı və Qobustan rayonlarında da keçirilməsi nəzərdə tutulub.