Səlim Müslümov Qəbələdə vətəndaşları qəbul etdi...

16 2017 17:54

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələdə bu rayonla yanaşı, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən sakinlərini qəbul edib. Müraciətlər imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri araşdırılaraq cavablandırılıb. Məşğulluğun təminatı ilə əlaqədar müraciət edən vətəndaşlara yaşadıqları ərazi üzrə vakant iş yerləri təklif edilib, seçdikləri və əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər təqdim olunub. Vətəndaşlarla görüşündə nazir həmçinin bildirib ki, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonları üzrə 35-dək fərdi ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda da bu rayonlar üzrə qeyd olunan insanlar üçün fərdi evlərin tikintisi davam etdirilir.