İpəkqurdunun tələf olma hallarını nəzərə alaraq bu il profilaktik tədbirlər görülür...

07 2021 14:22

 Qax rayonunda ənənəvi kənd təsərrüfatı sahələrindən biri də baramaçılıqdır. Artıq rayonda tut ipəkqurdunun yetişdirilməsinin növbəti mövsümünə hazırlıq işlərinə başlanıb. Keçən il bəzi kümxanalarda ipəkqurdunun tələf olma hallarını nəzərə alaraq bu il mövsümün avvəlindən profilaktik tədbirlər görülür. Bu məqsədlə gələcəkdə tut ipəkqurdunun xüsusən də kiçik yaşlarda baxılacağı qapalı kümxanalar baramaçılıq mütəxəsislərinin nəzarəti altında rayon baytarlıq xidmətinin əməkdaşları tərəfindən dezinfeksiya edilir. Zərərvericilərin məhv edilməsi ilə yanaşı kümçülərlə tut ipəkqurdunun bəslənməsi qaydaları ilə bağlı marifləndirici söhbətlər aparılır. Xüsusi məhlulla dezinfeksiya olunan kümxanalar üç gün qapalı saxlandıqdan sonra ipəkqurdunun yerləşdiriləcəyi günədək havalandırılacaq. Bütün kümxanaların on gün ərzində dezinfeksiya olunması nəzərdə tutulub. Qeyd edək ki, Qax 420 – yaxın kümçü var. Aprel ayının sonu, may ayının əvvəli onlara tut ipəkqurdunun dövlət tərəfindən paylanması nəzərdə tutulub.