Koronavirus xəstəsi kənd ərazisində saxlanılıb...

06 2021 15:58

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyini müəyyən edib. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qabil Cəlilovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, həmin şəxs kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb. Qabil Cəlilov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.