Şəkidə şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib...

06 2021 12:57

Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə kampaniyası təşkil olunub. Aksiya Azərbaycan Pedoqoji Universitetinin Şəki filialının həyətyanı sahəsində keçirilib. Aksiyada şəhər rəhbərliyinin nümayəndələri, millət vəkili Əli Məsimli və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Əsasən meyvə ağaclarından ibarət 3 minədək ağacın əkilməsi nəzərdə tutulub. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Bu cür aksiyaların gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə də keçirilməsi planlaşdırılır.