Şəkidə yük maşını yanıb...

06 2021 12:40

Şəki şəhər sakini Anar Hacıəliyevin idarə etdiyi “QazEl” markalı 55-AZ-824 dövlət nömrə nişanlı xırdatutumlu yük maşınının mühərrik hissəsində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində maşının tam yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.