Hadisə Salman Mümtaz küçəsində qeydə alınıb. Şəki sakini Xəzər Nəbiyevin idarə etdiyi VAZ 2107 markalı avtomobil Akəm Süleymanovun idarə etdiyi VAZ 2107 markalı avtomobillə toqquşub. Nəticədə Akəm Süleymanov və bir sərnişin xəsarət alıb. Onlar Şəki RMX-ya çatırılıblar. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.