Zaqatalada karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb...

19 2021 18:03

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb. Şəhərin Vidadi küçəsində yerləşən çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib. Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.