Şamaxıda karantin qaydalarını pozan “PlayStation” zalı aşkar edilib...

18 2021 17:45

Şamaxı şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən oyun zalı aşkar edilib. Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Valeh Qurbanovun oyun salonu işlətdiyi məlum olub. İcarədar və orada olan müştərilər Polis Şöbəsinə gətirilib.Xüsusi karantin qaydalarını pozan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.