Bəndi uçan çay təhlükə yaradır...

25 2021 16:48
Şəkinin mərkəzindən axan Qurcana çayının uçan bəndi gediş-gəliş üçün təhlükə yaradır. Digər tərəfdən, hərəkətin intensiv olduğu bu ərazidə yolun da çökmə təhlükəsi var. Təbii olaraq məsələ sakinləri də narahat edir.
Çayın sol və sağ sahilində uçan bəndlər piyada səkilərini dağıdıb. Dağılmayan hissələrinsə altında boşluq əmələ gəlib ki, bu da təhlükəli vəziyyət yaradıb. Digər tərəfdən, çayın hər iki tərəfində avtomobillər hərəkət edir. Bu da öz növbəsində ərazinin eskalasiyasına gətirib çıxara bilər. Axşam saatlarında isə vəziyyət daha təhlükəli hal alır. Məsələ ilə bağlı Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsindən bildirildi ki, yaxın vaxtlarda ərazidə təmir-bərpa işləri start götürəcək. Təhlükə aradan qalxacaq. O vaxta qədər isə ərazidən keçən insanların daha diqqətli olmasına ehtiyac var. Ümilikdə isə hazırda şəhərin 15 əsas küçəsində abadlıq işləri aparılır, yollar, piayada səkiləri və arxlar təmir edilir. İşlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.