Zaqatala-Qax magistralında ağır yol qəzası baş verib...

25 2021 14:08

Hadisə rayonun Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon Aşağı Tala sakini, 31 yaşlı Anar Musayev idarə etdiyi “VAZ 21 099” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Anar Musayev dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Açıq kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən yaralı, həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Onun nəşi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.