Şamaxının Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb...

25 2021 12:29

Şamaxının Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb. Yerli sakinlərin sözlərinə görə, püskürmədən əvvəl ərazidə güclü uğultu səsləri eşidilib. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb. Sakinlər deyirlər ki, adətən kənd ərazisində vulkan püskürmələri müşahidə edilir, lakin son vulkan püskürməsi daha güclü olub. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar da yaranıb. Püskürmənin nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində əldə olunub. Xatırladaq ki, son 2 əsr ərzində püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidi.