Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib...

13 2021 10:44

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-qəzası baş verib. Hadisə zamanı bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Rəsul oğlu Məcidovun idarə etdiyi “Mercedes-Benz” markalı, 08 BJ 781 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayonu istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən körpüdən aşıb. Qəza zamanı sürücü R.Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü R.Məcidov və avtomobildə olan digər sərnişin Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Mədət oğlu Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.