Şamaxıda koronavirusa qarşı tədbirlər gücləndirilir...

27 Noyabr 2020 17:59
Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısını alımaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrası istiqamətində genişmiqyaslı tədbirlər görülür.
Şamaxıda da koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Bu məqsədlə Şamaxı şəhərində növbəti dezinfeksiya işləri və maarifləndirici reydlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, ilə yanaşı, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya olunub. Rayonda pandemiyaya qarşı səmərəli və ardıcıl mübarizə məqsədilə yaradılmış 84 mobil qrup ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparır. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin vacibliyi, həmçinin gigiyenik qaydalara düzgün riayət olunmasının zəruriliyi barədə məlumatlar verilir. Son 3 gündə 200-dən çox obyektdə keçirilən reydlər zamanı 29 şəxs bərəsində müvafiq aktlar tərtib edilib, onlar 2900 manat məbləğındə cərimə olunublar. Rayonda əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində ardıcıl işlər davam etdiriləcək.