Şuşa sakini: "yuxularım çin oldu"...

20 Noyabr 2020 16:48
Doğma el obasından zorla didərgin düşən sakinlərin yurd həsrətinə son qoyuldu. Şuşalıların sevinci dillə ifadə ediləcək deyil. Onların təəssüratlarını sizinlə bölüşək deyə Balakən rayonunda məskunlaşan İbrahimovlar ailəsinin qonağı olduq.
Balakən rayonunda məskunlaşan İbrahimovlar ailəsi də minlərlə Şuşalı kimi doğma torpaqlarının işğaldan azad edildiyi günü böyük sevinc və coşquyla qarşılayıb. Şuşanın AllahQullar kənd sakini Elbrus İbrahimov doğma el obasından zorla didərgin salındığı vaxtda 14 yaşındaydı. Atam, əmim yurd həsrəti ilə bu dünyadan köçdü deyən qəhrəmanımız tez-tez yuxularında Şuşanı gördüyünü, artıq arzusunun çin olduğunu deyir. Həyətində arı təəssərrüfatı ilə məşğul olarkən Şuşanın azad edildiyini eşidən Eyvaz İbrahimovun sevincdən ayaqları tutulub. Özündə güc tapan kimi isə ilk əvvəl ayaqyalın Balakən şəhərində yerləşən Şəhidlər Xiyabanına qaçıb. İllərdir yurd həsrəti çəkən bu insanlar indi doğma el obalarına qayıdacaqları günün xoş xəyallarını qururlar. Uşaqlar. Qız uşağı atasının ona danışdığı öz uşaqlığında yelləndikləri yelləncəyi onlar üçündə quracaqları günü gözlədiyini,cıdır düzünə getmək istədiyini, xəyallar qurduğunu danışacaq.