Şəhid ailələrinə ev verildi...

13 Noyabr 2020 12:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatını davam etdirir. Bu gün daha 7 rayonda 35 fərdi yaşayış evi bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib. Qəbələdə 10, Şəkidə 8, Daşkəsəndə 6, Lerikdə 5, Kürdəmirdə 4, Oğuzda 1, Gədəbəydə 1 ev sahiblərinə təhvil verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq onlardan böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə isə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.