Anidən yola çıxan mal-qara qəzaya səbəb oldu...

15 Oktyabr 2020 12:26

Şəkidə axşam saatlarında yol qəzası baş verib. Hadisə Şəki-Oğuz magistralının Baş Küngüt kəndindən keçən hissəsində qeydə alınıb. Zahid Alxasovun idarə etdiyi VAZ 2106 markalı avtomobil qaranlıqda bir anda yola çıxan camışı vurub. Qəza nəticəsində avtomobildə olan sərnişin 42 yaşlı Rəhim Musayev xəsarət alıb. O, Şəki RMX-na çatdırılıb. Burada Rəhim Musayevə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.