Şəkidə vəziyyət qəlizləşdi...

14 Oktyabr 2020 18:21

Bu gün gecə saatlarından etibarən koronavirusla əlaqədar Sabirabad şəhəri, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndinə giriş-çıxış bağlanıb. Bu məqsədlə hər iki rayon ərazisində postlar qurulub, polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır.Bu ərazilərə ancaq operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, yükdaşıyan avtomobillərin hərəkətinə icazə verilir. Qadağanın tətbiq olunmasına səbəbsə son günlər virusa yoluxma hallarının artmasıdır. Şəkidə koronavirusa yoluxma hallarının aşkarlanması nəticəsində Şəki Regional Perinatal mərkəzin fəaliyyyəti məhdudlaşdırılıb və şagirdlərdə virusa yoluxma sayı aşkarlandığı üçün 8 saylı tam orta məktəb distant təhsilə keçib. Hazırda Şəkidə 80 aktiv koronavirus xəstəsi var. Rayonda dezinfeksiya tədbirləri gücləndirilib. Qeyd edək ki, xüsusi karantin rejimi 2 noyabr saat 06:00-dək tətbiq olunub.