Yeni tütün növlərinə baxış keçirilib...

23 2020 17:19
"Azərişıq" ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi əhalinin və iqtisadiyyatın davamlı, keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işlərini davam etdirilir. Şimal-Qərb regionunun tərkibinə daxil olan Şamaxı rayonunda da elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması istiqamətində işlər aparılır. Şamaxıda ötən əsrin ortalarında çəkilən elektrik naqilləri və çürük taxta​ dirəkləri tarixə qovuşur​. Şəhər daxilində yerləşən elektirik naqilləri kabellə əvəzlənir, yeni smart kart tipli sayğaclar qoyulur. Bu işlər şəhər mərkəzi ilə yanaşı, bir sıra kənd və​ qəsəbələrdə də hayata keçirilir. 35/10 kV-luq​ "Muğanlı", "Çuxuryurd" və "Meysəri" Y/st- sı yenidən tikilir. Bu yarımstansiyalar bölgənin turizm obyektlərini dayanıqlı elektirik​ enerjisi ilə təmin edəcək. Rayonun Çarhan kəndinə inşa edilən​ "Çarhan" Y/st-sı RETSİ-nin daxili imkanları hesabına yenidən qurulmaqla​ ətraf kəndləri keyfiyyətli elektrik enerjisi ilə təmin edir. Bunlarla yanaşı, hava xəttləri də yenilənir. 35 kV-luq "Meysəri-Çuxuryurd" hava xəttində 78 ədəd 35 kV-luq dayaq quraşdırılıb və 9 km məsafədə yeni 35 kV-luq hava xətti çəkilib. 35 kV-luq "Pirqulu" hava xəttində isə 2 ədəd əlavə dayaq basdırılıb və "Çuxuryurd" Y/st-a giriş-çıxışı təmin edilib. Həmçinin, 110/35/10 kV-luq "Şamaxı" Y/st ilə 35/10 kV-luq "Çuxuryurd" Y/st arasında abel ilə 35 kV-luq hava xəttinin tikilməsi istiqamətində görülən işlər çərçivəsində 56 ədəd ikidövrəli dayaq quraşdırılıb. Ümumilikdə Şimal-Qərb RETSİ üzrə rayonu ərazisində magistral yolların kənarlarında 34 ədəd 35 kV-luq, 1760 ədəd 6-10 kV-luq və 2100 ədəd 0.4 kV-luq dayaq rənglənib. Həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə istehlak edilmiş enerjinin yığım faizi 90 faiz olmaqla, 0.9 faiz artıb və 8 faiz itirilmiş enerji isə bərpa olunub.