Şəki polisi məktəbliləri maarifləndirdi...

23 2020 16:52

Şəki Dövlət Yol Polisi uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirləri gücləndirib. Şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Şəki şəhər 12 saylı tam orta məktəbində yol hərəkəti qaydaları barədə maarifləndirici tədbir keçirilib. Tədbir ölkə ərazisində tətbiq edilən karantin qaydalarına uyğun olaraq açıq hava şəraitində və sosial məsafəni saxlamaqla baş tutub. Təhsil işçilərinin və ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir zamanı, Dövlət Yol Polis bölməsinin inspektoru tərəfindən yol hərəkəti qaydaları barədə məlumat verilib. Məktəblilərin qaydaları ətraflı öyrənmələri üçün, onların hər birinə piyadaların vəzifələri yazılmış vərəqələr paylanılıb.