Şəki bazarı açıldı...

22 2020 17:10

Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan bazar fəaliyyətini bərpa edib. Müvəqqəti fəaliyyətini dayandıran Şəki Bazarı bu gün səhər saat 6:00-dan açılıb. Bazar ərazisində sosial izolyasiya və gigiyena qaydalarının təbliğ oluması üçün müvafiq tədbirlər görülüb. İşçi heyət təlimatlandırılıb. Hər bir vətəndaşdan bazara giriş üçün maskadan istifadə etmək tələb olunur. Eyni zamanda daxil olan şəxslər temperaturu yoxlanıldıqdan sonra bazara buraxılır. Müəssisəyə lazımı qədər maskalar və dezinfeksiya vasitələri də gətirilib. Qeyd edək ki, Şəki Bazarında alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar sentyabr ayının birinci yarısı ərzində aparılan testlər nəticəsində 12 nəfərin virusa yoluxduğu aşkar edilib. Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə bazarın üç gün müddətində fəaliyyətini dayandırmışdı.