Kütləvi yoluxma səbəbindən Şəki bazarı bağlandı...

18 2020 17:51
Şəki bazarında kütləvi yoluxmanın aşkarlanmasının ardından bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. Bu halın risk mənbəyi olduğu nəzərə alınaraq dezinfeksiya tədbirləri də rayon ərazisində gücləndirilib. Bazrın fəaliyyətinin nə zaman bərpa olunacağı, rayon ərazisindəki epidemioloji vəziyyətin təfərrüatları sujetdə...
Şəki Bazarında alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində 13 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib. İnfeksiya ocağının bazar olduğu nəzərə alınaraq operativ qərargah tərəfindən bazarın 3 gün müddətində bağlanması qərara alınıb. Məqsəd ərazidə dezinfeksiya işləri aparmaq, eyni zamanda bu kütləvi yoluxma zəncirini qırmaqdır. 3 gün ərzində müvafiq tədbirlər görüldükdən sonra bazar fəaliyyətini yenidən davam etdirəcək. Bazarda virusa yoluxan şəxslərin müalicəsi təşkil edilib. Onlarla yaxın təmasda olanlar isə müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər. Yoluxmanın son günlərdə sürətlə artmasının səbəbinə gəlincə.. Ümumilikdə isə sentyabr ayı ərzində rayon ərazisində 50-dən çox yoluxma qeydə alınıb. Rayonda epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər davam etdirilir.