Oğuzda heyvanlar arasında müəmmalı tələfat...

18 2020 17:11

Oğuzda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub. Dağda otlayan heyvanların ölüm səbəbi hələlik məlum deyil. Oğuzda iribuynuzlu heyvanlar arasında kütləvi tələf olma halı qeydə alınıb. Rayonun Tərkeş kəndində sakinlərə məxsus iribuynuzlu heyvanlardan ibarət naxır kəndin inzibati ərazisindəki örüş sahəsində otlayan zaman onlarla iribuynuzlu heyvanın vəziyyəti pisləşməyə başlayıb. Qısa müddət ərzində sakinlərə məxsus 16 baş iribuynuzlu heyvan tələf olub. Mal-qaranın otladığı sahədə zəhərli otların olduğu üzə çıxıb. Tərkeş kənd sakinlərinə məxsus mal-qara arasında gözlənilmədən baş verən tələfatla bağlı idarənin məsul şəxsləri əraziyə gələrək yerində tanış olublar. Bir-neçə ölmüş iribuynuzlu heyvandan müayinələr götürülüb. Heyvanların dəqiq ölüm səbəbi analizlərin nəticəsindən sonra bilinəcək.