Kişi mağazada keçmiş arvadını bıçaqladı...

17 2020 18:30

Şamaxıda kişi keçmiş arvadını bıçaqlayıb. Hadisə rayonun M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazada qeydə alınıb. Rayon sakini Elton Hüseynov mağazada keçmiş həyat yoldaşı Xanım Teymurova ilə rastlaşıb. Tərəflər arasında yaranan mübahisə nəticəsində Elton Hüseynov üzərində gəzdirdiyi bıçaqla Xanım Teymurovaya bir neçə zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.