Şamaxıda şirkət əməkdaşını cərəyan vuraraq öldürüb...

17 2020 18:19

37 yaşlı Şamaxı sakinini elektrik cərəyanı vurub. Şamaxı rayon Prokurorluğunun məlumatına görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, Zaur Balabəyov idarə etdiyi “İVECO” markalı oxlu kran avtomobili ilə beton plitə boşaldan zaman kranın həmin ərazinin üzərindən keçən elektrik xəttinin naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi başlanıb. Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.