Pandemiya şəraitində "Bilik günü"...

15 2020 17:54
Təhsil Nazirliyinin qərarına uyğun olaraq bu gün bütün məktəblərdə ibtidai siniflərdə dərslər başlanılıb. Ancaq bu il bir ilk yaşanıb. Pandemiya səbəbindən ənənəvi formadan uzaq dərslər keçirilib.
Ötən illərdən fərqli olaraq bu il şagirdlər üçün daha fərqli "bilik günü" yaşanıb. Yeni tədris ilinə gigiyena tədbirləri ilə start verilib. Şagirdlərin hərarəti yoxlanıldıqdan sonra dərslərə başlanılıb. Siniflərdə də şagirdlər pandemiya şəraitinə uyğun yerləşdiriliblər. İlk dərslər “Gigiyena qaydalarına necə əməl edirəm?” mövzusuna həsr olunub. Ümumilikdə isə bu il Şəkidə 2590 nəfər birinci sinifə qəbul edilib. Qobustan məktəblilləri də pandemaiya səbəbindən yeni tədris ilinə fərqli başlayıblar. Şagirdlər sosial məsafəni qorumaqla məktəbə daxil olublar.Texniki işçilər şagirdlərin hərarətini yoxlayıb, əllərini dezinfeksiya edici məhlullarla yuyub. Sinif otaqları da yenidən tərtib olunub. Yeni qaydaya əsasən şagirdlər dərs prosesində maskadan istifadə etməyiblər. Amma müəllimlər sinifdə iki maskadan, tibbi və şəffaf maskadan istifadə etməklə dərsləri tədris ediblər. Tənəffüs zamanı isə şagirdlər siniflərində qalacaq və 5 dəqiqə fasilə ilə dərslər davam edəcək.