"Kəndlərdə idmanı inkişaf etdirək”...

15 2020 17:28

"Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin növbəti tədbiri İsmayıllıda keçirilib.​ AFFA, İsmayıllı Rayon İcra Hakimiyyəti, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə rayon administrasiyası ilə yanaşı, millət vəkilləri də qatılıb. Rayonun Hacıhətəmli və Mollaisaqlı kənd məktəblilərinə əvvəlcə idman geyimləri və futbol topları hədiyyə olunub. Daha sonra şagirdlər öz bacarıqlarını qonaqlara nümayiş etdiriblər. Xatırladaq ki, Hacıhətəmli kənd tam orta məktəbinin qızlardan ibarət komandası 2014-2015 mövsümündə​ U13 qızlar arasında keçirilmiş futbol üzrə Respublika birinciliyində bütün rəqiblərini məğlub edərək çempion olub. Layihə isə Prezident​ İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin əsasında keçirilir.