Bu il fındıq az olacaq?

15 2020 17:17
Zaqatalada hər il minlərlə insan illik ailə büdcələrini təmin etmək məqsədi ilə gözlərini dikirlər fındıq bağlarına. Kimisi öz bağının məhsulunu, kimisi gündəlik müəyyən məbləğ qarşısında işçi kimi fındıq toplayaraq, kimisi fındıq alış-verişində, kimisi isə fındıq emalı müəsisələrində çalışır. Ancaq bu il fındığın gözləniləndən az olması onları məyus edib.
Zaqatalada fındıq yığımına başlanılıb. Zaqatalanın iqtisadiyyatı əsasən fındığın məhsuldarlığından asılıdır. Ona görə də yığım prosesi rayonda həvəslə gözlənilir. Lakin bu il fındığın alış qiyməti ötən illə müqayisədə yüksək olsa da, məhsuldarlığın qat-qat aşağı olması fermerlərin kefinə əməlli başlı soğan doğrayıb. Məhsuldarlığın aşağı olması isə tozlanma dövründə havaların şaxtalı, ilkin yaz mövsümündə isə quraq olması ilə əlaqələndirilir. Bu il 21 hektara yaxın ərazidə Zaqatalada fındıq bağları salınıb. Bu sahənin ancaq 12 080 hektarı məhsul verib. Nəticədə ötən illə müqayisədə artıq məhsul əvəzinə daha az məhsul yığılacağı gözlənilir.