Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaq...

12 2020 16:40


Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la ilə təltif olunub.Bu medal sıravi əsgərə hərbi paradda generaldan öndə addımlamaq hüququ verir.Əhmədiyyə Cəbrayılov özü keçdiyi döyüş yolu barədə danışmağı xoşlamayıb.Yaxınların onun keçdiyi şərəfli döyüş yolunu daha çox partizan dostlarından dinləyiblər.1946-cı ildə Əhmədiyyə Cəbrayılov vətənə qayıdır. Lakin vətənə qayıtdıqdan sonra özü və ailəsi ciddi təyziqlərə məruz qalır.Həttə bir müddət evindən kənarda yaşamağa
da məcbur olur.1963-cü ildə Əhmədiyyə Cəbrayılov Nikita Xuruşovun dəvəti ilə Moskvaya gedir.Bundan sonra ona qarşı təzyiqlər nisbətən azalır.1966-cı ildə Şarl De Qol SSRi-yə səfəri zamanı partizan dostu Armed Mişeli də görmək istəyir.Dostlar Moskvada görüşürlər.Şarl de Qol Əhmədiyyə cəbrayılovu təkidlə Fransaya aparmaq istəsə də o buna razı olmur.De Qolun ona verdiyi 100 min dollara mükafatı ehtiyacı olmadığını deyərək qəbul etmir.Yaxınları Əhmədiyyə Cəbrayılovu mehriban və qayğıkeş bir insan kimi xatırlayırlar.Qeyd edək ki, Əhmədiyyə Cəbrayılov 1994-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.