Qaxda qəza nəticəsində avtomobil yandı...

10 2020 17:14

Qaxda baş verən qəzada avtomobil yanıb.

Gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun, Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində Zaqatala rayon sakini, 22 yaşlı Zahid Əliyevin idarə etdiyi minik avtomobili ilə, Şəki rayon sakini, 27 yaşlı Orxan Qasımzadənin sükanı arxasında olduğu yük avtomobili toqquşub. Qəzadan sonra ağaca və yol nişanına çırpılan minik avtomobili yol kənarına aşaraq yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.Qəza zamanı yük avtomobilinin sürücüsü və sərnişini xəsarət almasa da, minik avtomobilinin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yüngül olduğu üçün ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.