Zaqatalada karantin rejimi ilə əlaqədar reyd keçirildi...

10 2020 12:27

Zaqatala Rayon İcra Hakimiyyəti yanında operativ qərargahın üzvləri və polis əməkdaşları tərəfindən əhali arasında karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı təbliğat xarakterli reydlər davam etdirilməkdədir.  Ümumilikdə 62 mobil qrupdan ibarət operativ qərargah üzvləri və polis əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən  ictimai iaşə obyektlərində, meydan və parklarda kütləvi şəkildə toplaşmış insanlar arasında tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı təbliğat xarakterli söhbətlər aparılıb, karantin qaydalarını pozan ictimai iaşə sahiblərini və vətəndaşları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilib.