Zaqatalanın Aşağı Tala kəndinin içməli su peoblemini bir dəfəlik həll edib...

31 2020 17:45

Yay aylarında içməli suya olan təlabat digər aylara nisbətən daha çox olur. Zaqatalanın Aşağı Tala kəndidə bu sarıdan problem olan kəndlərdəndir. 8000 ə yaxın əhalisi olan bu kənd dağ suyu və subartizyan suları ilə içməli su təlabatı ödənilir.2019-2020 ci ildə Zaqatalanın Aşağı Tala kəndinin sahil küçəsində qazılmış subartezian quyusu bu küçədə yaşayan 100 ailənin içməli su peoblemini bir dəfəlik həll edib.“Kəndin su şəbəkəsi 75-80 cı illərdə çəkilmişdir. Təxminən bu günkü gündə 7500-8000 əhaliyə xidmət göstərir. Bu da müəyyən çətinliklərin yaranmasına səbəb olur. Belə ki yay mövsümündə içməli sudan sərfiyyatın çox olması, əhalinin çoxalması, içməli sudan bağ-baxçanı suvarması su ilə təminatda müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli ilə bağlı rayon İcara hakimiyyətinin köməyi ilə son bir neçə ildə kənddə 2-3 artezian quyusunun qazılması, su probleminin həllində müəyyən köməklik göstərsədə su ilə təminatda problemlər yenədə qalmaqdadır. Mütəmadi olaraq Meşleş su hövzəsində rayon icra hakimiyyətinin köməyi ilə birgə təmir bərpa işləri aparılsada xətlərin köhnə olması su ilə təminatda problemlər yaradır. Bununla bağlı rayon icra hakimiyyəti müvafiq qurumlar qarşısında məsələ qaldırılmışdır inşAllah yaxın zamanlarda kənd əhalisinin tam olaraq içməli su problemi aradan qaldırılacaq”Hal hazırda kənddə 7 subartizyan quyusu işlək vəziyyətdə əhalini içməli su ilə təmin edir. Son bir neçə ildə 3 artezian quyusu qazılıb.