Qəbələdə qoyun oğruları saxlanılıb...

23 2020 13:06

Qəbələdə 12 baş qoyunu oğurlayan şəxslər saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşları qoyunları oğurlayanların rayonun Kürd kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunan Məhəmməd Məmmədxanov və Anar Aslanov, həmçinin Ağdam rayon sakini Vahid Qəhrəmanovun olduğunu müəyyən ediblər. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər heyvanları oğurladıqdan sonra Anar Aslanova məxsus həyətyanı sahədəki tövlədə gizlədiblər. Xırdabuynuzlu heyvanlar həmin yerdən götürülərək sahibinə geri qaytarılıb. Faktla bağlı araşdırma aparılır.