Zaqatalada aztəminatlı, xəstə və ahıl insanlara ərzaq yardımı davam edir...

18 2020 17:20

Karanavirus pandemiyası ilə əlaqədar bu günədək Zaqatala rayonunda 4000-dən çox aztəminatlı ailəyə, xəstə və ahıl insanlara ərzaq yardımı edilib. Müqəddəs Ramazan ayında da belə yardım aksiyaları davam etdirilir. Rayon İcra Hakimiyyətinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi tərəfindən 150 ahıl və xəstə, eləcə də aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb. Mobil qruplar və inzibati ərazi üzrə nümayəndəliklər tərəfindən təhvil götürülən ərzaq bağlamaları sahiblərinə elə yaşadıqları ünvandaca təhvil verilib.