Şəkidə profilaktik tədbirlər davam etdirilir...

15 2020 16:06
Karantin rejimi rayonlarda yumşaldılsa da qoruyucu vasitələrdən istifadə, ara məsafəsinin saxlanılması və digər qaydalara riayət etmək mütləqdir. Lakin buna əməl etməyənlər də yetərincədir. Bu məqsədlə
Şəki şəhər icra hakimiyyəti və digər qurumlar rayonda maarifləndirici tədbirləri davam etdirirlər. İcra hakimiyyətinin mikrovavtobusu mütəmati olaraq şəhər ərazisində səsgücləndirici vasitəsi ilə sakinləri ehtiyac olmadıqca küçəyə çıxmamağa, əlcək və maskalardan istifadə etməyə, sosial məsafəni qorumağa çağırır. Həmçinin icra hakimiyyəti tərəfindən yaradılan mobil qruplar da küçələrdə, əhalinin səx olduğu ərazilərdə maarifləndirici tədbirlər həyata keçirir. Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən də şəhər ərazisində dezinfeksiya işləri davam etdirilir. Qurumun əməkdaşları hər gün planlı şəkildə müxtəlif müəssisələrdə dezinfeksiya işləri görürlər. Əsasən banklar, bazar ərazisi və digər əhalinin sıx olduğu ərazilər vaxtaşırı dezinfeksiya edilir. Şəki DANX və DYPB-nin əməkdaşları da rayon ərazisində reydlər keçirir, ictimai nəqliyyatlardan istifadə edən sakinlərin qoruyucu vasitələrdən istifadə edib-etməməsini, sərnişindaşıma qaydalarına nə dərəcədə riayət olunduğunu yoxlayır. Qurumun əməkdaşları profilaktiki tədbirlər zamanı maskasız vətəndaşlara maska paylayıblar. Karantin rejiminin sonuna kimi qurumlar profilaktiki və marifləndirici aksiyaları davamlı olaraq keçirəcəklər.