Zaqatalada məktəbli tələbəni qətlə yetirdi...

15 2020 13:55

Zaqatalada yuxarı sinif şagirdi 1-ci kurs tələbəsini bıçaqlayaraq qətlə yetirib. Hadisə rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib. Mosul kənd sakini, 17 yaşlı Əli Əliməmmədov həmyerlisi, 18 yaşlı İlyas İlyasovu şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib. Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Cinayətin 17 yaşlı rayon sakini Əliməmməd Əliməmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və peşman olduğunu bildirib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.