Şəki bazarında vətəndaşlara maska paylanıldı...

14 2020 15:42

Şəki bazarında bazar rəhbərliyi və Şəki ŞRPŞ əməkdaşları tərəfindən vətəndaşlara maska və əlcəklər paylanılıb. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, karantin rejimi qaydalarına əməl etmələri tövsiyyə edilib. Küçəyə, əsasən də insanların sıx təmasda olduğu bazar kimi yerlərə qoruyucu vasitələr olmadan çıxan vətəndaşlara xəbərdarlıq edilib. Onlara həm özlərini, həm də digər sakinlərin həyatlarını təhlükəyə atdıqları bildirilib. Vətəndaşların mütləq şəkildə ara məsafəsini qorumaları və ərzaq alarkən əlcəkdən istifadənin əhəmiyyəti tövsiyyə edilib. Ümumilikdə 1500-dən çox maska və əlcək paylanılıb.