İsmayıllı rayonunda qanvermə aksiyası keçirilib...

13 2020 16:13

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xeyirxah təşəbbüsü ilə başlamış qanvermə aksiyasına İsmayıllı rayonu da qoşulub. “Qan ver, həyat qurtar” adlı aksiyanın məqsədi “COVID-19” pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi dövründə qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə kömək etmək olub. Rayonun icra hakimiyyəti, təhsil, mədəniyyət, idman və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, həmçinin müxtəlif fiziki şəxslər xüsusi ayrılmış yerdə qan verib. Kampaniyaya könüllü qoşulmuş onlarla xeyirxah insan əvvəlcə müayinədən keçib, ardınca Mərkəzi Qan Bankının Şəki bölməsindən dəvət olunmuş həkim briqadası onlardan qan alıb. Aksiya rayonun mərkəzi xəstəxanasının dəstəyi ilə və karantin qaydalarına riayət edilməklə həyata keçirilib.