Şamaxıda polis sakinlərə maska payladı...

12 2020 16:45

Şamaxı​ Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı yerlərdə nəzarəti gücləndirib. Bu məqsədlə maarifləndirici reydlər keçirilir. Əsasən bank, poçt məntəqələrinin həmçinin​ digər idarələrin qarşısında toplanan vəndaşlara sosial məsafənin saxlanılması və qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunub. Polis əməkdaşları qoruyucu vasitədən istifadə etməyən vətəndaşlara maska paylayıb. Bu işlər şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində da həyata keçirib. Sürücülərə karantin dövründə sərnişindaşıma qaydalarına riayət etmələri tövsiyə olunub. Sıx və ayaq üstü sərnişin daşınmasının qadağa olduğu bir daha nəzərə çatdırılıb. Aparılan maarifləndirici reyd zamanı polis əməkdaşları tərəfindən vətəndaşlara 100 dən çox maska və qoruyucu vasitələr paylanılıb.