İsmayıllı rayonunda dəhşətli qətl hadisəsi baş verib...

11 2020 14:16

Hadisə rayonun Bizlan kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib. Vusal evdə olan butün pulları götürərək hadisə yerindən uzaqlaşıb. Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb. İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs saxlanılıb. Qohumların sözlərinə görə Vüsal hadisəni evdən pul oğurlamaq məqsədi ilə törədib. O, istəyinə nail olsada çox keçmədən Bakıda tutularaq istintaqa təhvil verilib.