Zaqatala rayonu Qımır kənd sakini həmkəndlisi tərəfindən bıçaqlanıb...

09 2020 14:32

40 yaşlı Cahangir Məmmədov qarnının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onun şəxsi münasibətlər zəminində həmkəndlisi Orxan Gözəlov tərəfindən bıçaqlanması məlum olub. Cahangir Məmmədova lazımı tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Hədisəni törətməkdə şübhəli bilinən Orxan Gözəlov Zaqatala polisi tərəfindən saxlanılıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.