Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib...

09 2020 14:02

Hadisə Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakini, 17 yaşlı Fəqan Zeynalov babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sərnişin, 17 yaşlı Bəxtiyar Muxtarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 16 yaşlı Cəmil Salahov xəsarət alıblar. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ölən və yaralanan şəxslər 11-ci sinif şagirdləridir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.