3 "Hünər", 3 "Şöhrət" ordeni....

09 2020 13:44
Şəkidən anadan olan və 2-ci dünya müharibəsində böyük şücayətlər göstərən veteranlardan biri də Süleyman Eldarovdur. O, 1922-ci ildə Şəkidə anadan olub və 1942-ci ildə müharibəyə çağrılıb. Eldar Süleymanov artileriya alayında xidmətə başlayıb.
Bu gün həyatda olmasa da Süleyman Eldarovun ailəsi hər 9 mayda Qələbə bayramını birgə qeyd edirlər. Övladları atalarının müharibədə göstərdiyi şücayətləri xatırlayır və fəxrlə anırlar. Çünki Süleyman Eldarov üç şöhrət ordeni almış azsaylı müharibə veteranlarından biridir. Onun bu medalları hələ də ailədə qələbə simvolu olaraq saxlanılır. Süleyman Eldarov döyüşlərdə 7 dəfə yaralanıb. Lakin buna baxmayaraq hər dəfəsində sağalaraq cəbhəyə geri qayıdıb. Rusiyalı rejissor Konstantin Simonovun da çəkdiyi sənədli filmdə Süleyman Eldarovun şücayətlərindən biri əks edilir. Filmdə bildirilir ki, Süleyman Eldarov 1943-cü ildə Kursk döyüşlərində böyük zabit Serqey Rudenkonun həlak olması ilə öz üzərində rəhbərliyi götürür və silah arxasına keçərək yaralı halda ola-ola döyüşü davam etdirir. Elə Süleyman Eldarovun nəticələri də ulu babalarını çox yaxşı tanıyırlar. Hətta babaları haqda videoçarx belə hazırlayıblar. Süleyman Eldarov çox şərəfli bir ömür sürüb. Qələbədən sonra o hər il Moskvaya 9 may paradında iştirak etməyə dəvət alıb. Təəsüflər olsun ki, 1995-ci ilin yanvarında Süleyman Eldarov dünyasını dəyişib. Lakin buna baxmayaraq onun xatirəsi hələ də ailəsində yaşadılır və nəsildən nəslə ötürülür.