İsmayıllıda həyətində narkotik becərən şəxs saxlanıldı...

05 2020 15:39
İsmayıllıda narkotik becərən şəxs saxlanılıb. Polisin uğurlu əməliyyatı nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs ələ keçirilib. Balakən rayonu Qullar kənd sakini olan Emil Novruzovun İsmayıllı rayonu Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman çətənə bitkisinin toxumları, həmçinin kolluqda və plastik qabda xüsusi qulluq göstərilməklə yetişdirilən 267 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Emil Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılır.