Zaqatalada 4 otaqlı ev yandı...

05 2020 15:23

Zaqatalada gecə saatlarında yanğın baş verib. Hadisə rayonun Göyəm kəndində kənd sakini Solmaz Bəşirovaya məxsus, ümumi sahəsi 80 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.